ABŞ və Çin razılığa gəlir:


Dünya 27 İyn 2019 19:24:00 208 0

ABŞ və Çin razılığa gəlir:

Çin və ABŞ ticarət müharibəsində müvəqqəti barışıq elan etməyə razılaşıblar.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Çinin "South China Morning Post" qəzetinə məlumatlı mənbələr deyib.

Barışığın "Böyük İyirmiliyin" iyunun 28-29-u Osakada keçiriləcək sammitində elan ediləcəyi bildirilir.

Keçən ilin iyul və sentyabr aylarında Vaşinqton və Pekin idxal dəyəri yüz milyardla dollara çatan bir sıra malın gömrük rüsumunu qarşılıqlı olaraq artırıblar. Bu il dekabrın əvvəllərində "Böyük İyirmiliyin" Argentinada keçirilmiş görüşü zamanı isə iki ölkə lideri ticarət müharibəsində barışığa dair razılaşma əldə ediblər.

"Mübahisənin həlli yolunda danışıqları bərpa etmək üçün ABŞ və Çin ticarət müharibəsində daha bir sülh razılaşmasına gəliblər", - mənbələr qəzetə bildirib.