“Türk Hava Yolları” Nigeriyanın Port Harkort şəhərini uçuş şəbəkəsinə daxil edir (FOTO)


Digərləri 27 İyn 2019 17:44:00 221 0

“Türk Hava Yolları” Nigeriyanın Port Harkort şəhərini uçuş şəbəkəsinə daxil edir (FOTO)

“Türk Hava Yolları” uçuş xəritəsini genişləndirməkdə davam edir.

Bakı. “Türk Hava Yolları” uçuş xəritəsini genişləndirməkdə davam edir. Bu dəfə şirkətin qlobal şəbəkəsinə Nigeriyanın mühüm şəhəri olan Port Harkort daxil olur. Bu “Türk Hava Yolları”nın Afrikada 56-cı təyinat nöqtəsidir. Port Harkort və İstanbul arasında uçuşlar həftədə 4 dəfə keçiriləcək. Nigeriyada artıq Laqos, Kano və Abuca şəhərlərinə uçuşlar edən THY siyahısını Port Harkort ilə genişləndirərək, uçuş şəbəkəsinə 311-ci məntəqəsini əlavə etdi. “Türk Hava Yolları” Afrikada ən çox uçuşlar edən aviaşirkət olaraq qalmaqda davam edir. Beynəlxalq Port Harkort hava limanında baş tutmuş mətbuat konfransında “Türk Hava Yolları”nın regionda satış üzrə Vitse-prezidenti Kerem Sarp bildirib ki, yeni istiqamət aviaşirkətin Afrika qitəsində genişlənməsində xüsusi rol oynayacaq:” Port Harkort “Türk Hava Yolları”nın Nigeriyada 4-cü təyinat nöqtəsidir. Şirkətimiz mədəniyyətlər arasında körpü rolunda çıxış etməkdə davam edir. Biz müştərilərimizə rahat uçuşun üstünlüklərini təklif etməkdən məmnunluq duyuruq”. UÇUŞ BAŞLANĞIC SON GÜNLƏR GEDİŞ GƏLİŞ TK 621 25/06/2019 25/06/2019 Çərşənbə axşamı IST 06:35 11:30 PHC TK 622 25/06/2019 25/06/2019 Çərşənbə axşamı PHC 14:30