Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb


Digərləri 27 İyn 2019 17:04:00 203 0

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.


Xəbərə aid fotolar