Yüksək Texnologiyalar Parkında YENİ TƏYİNAT


Digərləri 27 İyn 2019 16:14:50 181 0

Yüksək Texnologiyalar Parkında YENİ TƏYİNAT

Samir Məmmədov "AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin infrastruktur üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.

Bakı. İlhamə İsabalayeva - Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov "AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin infrastruktur üzrə direktor müavini vəzifəsinə təsdiq edilib. Trend-in məlumatına görə, AMEA Rəyasət Heyətinin qərarları ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun strukturlarında qismən dəyişiklik edilib. RH-nin iclasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin 70 illik yubileyi ilə əlaqədar alimin həyat və yaradıcılığına həsr olunmuş elmi sessiyanın keçirilməsi, onun təltif edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması və s. qərara alınıb.