Salyanda yanacaqdoldurma məntəqəsində ölüm


Digərləri 27 İyn 2019 10:36:00 158 0

Salyanda yanacaqdoldurma məntəqəsində ölüm

Salyanda "Hepatit C" xəstəliyindən əziyyət çəkən şəxs küçədə ölüb.

Bakı. Samir Əli - Salyanda "Hepatit C" xəstəliyindən əziyyət çəkən şəxs küçədə ölüb. Trend-in məlumatına görə, hadisə Ələt-Astara-İran avtomobil yolunda baş verib. Yolun 63-cü kilometrliyindəki "LukOil" yanacaqdoldurma məntəqəsinə gələn Astara rayon sakini, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan, "Hepatit C" xəstəliyindən əziyyət çəkən, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Ağakişi oğlu yanacaqdoldurma məntəqəsində qəfil özünü pis hiss edib və huşunu itirib.