Pentaqon: Türkiyə S-400 komplekslərini aldığı təqdirdə F-35 qırıcılarına sahib ola bilməyəcək


Digərləri 27 İyn 2019 08:59:00 196 0

Pentaqon: Türkiyə S-400 komplekslərini aldığı təqdirdə F-35 qırıcılarına sahib ola bilməyəcək

Türkiyə Rusiyadan S-400 komplekslərini aldığı təqdirdə ABŞ-ın F-35 qırıcı təyyarələrinə sahib ola bilməyəcək

Bakı. Türkiyə Rusiyadan S-400 komplekslərini aldığı təqdirdə ABŞ-ın F-35 qırıcı təyyarələrinə sahib ola bilməyəcək. Trend-in məlumatına görə, Pentaqonun nümayəndəsi Conatan Hoffman bildirib ki, bu sözləri ABŞ müdafiə naziri vəzifəsini icra edən Mark Esper Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşdə deyib. Nümayəndə qeyd edib: "Liderlər arasında səmimi söhbət olub. Söhbət zamanı M.Esper bir daha təkrar edib ki, Türkiyənin Rusiyadan S-400 raket sistemlərini alması F-35 proqramına ziddiyyətlidir və Türkiyəyə həm S-400-ü, həm də F-35-ləri əldə etmək imkanı verilməyəcək".