MacBook Prolarda batareya problemi var


Digərləri 27 İyn 2019 08:15:00 262 0

MacBook Prolarda batareya problemi var

"Apple" şirkəti batareya probleminə görə 2015-2017-ci illərdə satışda olan "MacBook Pro" noutbuklarının bir hissəsini geri çağırır. Bu haqda şirkətin saytında məlumat verilib.

Son.az ICTnews-a istinadən bildirir ki, 2015-ci ilin ortalarında çıxarılmış 15 düymlük "Retina" displeyə malik bir sıra noutbuk modelləri dayanıqsız elan edilib.

"Məlum olub ki, 15 düymlük əvvəlki "MacBook Pro" nəsil modellərində batareya həddindən çox qıza və yanğın təhlükəsi yarada bilər" - şirkətin rəsmi saytında deyilir.