Venesuelada dövlət çevrilişinə cəhdin qarşısı alınıb


Digərləri 27 İyn 2019 06:06:47 186 0

Venesuelada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

Venesuelada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

Bakı. Venesuelada dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges deyib. Onun sözlərinə görə, dövlət çevrilişi etmək istəyən bir qrup şəxs həbsxanada olan general Raul Badueli azad etmək və "Karlota" hərbi bazasına gətirmək istəyiblər: "Onlar "Karlota" hərbi bazasını ələ keçirmək və Raul Badueli azad edib "Karlota"ya gətirərək canlı yayıma çıxarıb prezident elan etmək istəyirdilər".