Boksçumuz Alfonso Dominges II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb


Digərləri 27 İyn 2019 02:28:45 270 0

Boksçumuz Alfonso Dominges II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edən Azərbaycan millisinin daha bir boksçusu dörddəbir final görüşündən uğurlu nəticə ilə ayrılıb.

Bakı. Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edən Azərbaycan millisinin daha bir boksçusu dörddəbir final görüşündən uğurlu nəticə ilə ayrılıb. Trend-in məlumatına görə, komandamızın üzvü Alfonso Dominges (81 kiloqram) yarımfinala vəsiqə uğrunda belçikalı Ziad El Mohorla qarşılaşıb. “Ureçye Arena”da keçirdiyi əvvəlki iki görüşdə qalib gələn A.Dominges bu dəfə də rinqdə qələbə qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda Matuş Strniskonu (Slovakiya) 5:0 hesabı ilə məğlub edən Simone Fiori (İtaliya) ilə qarşılaşacaq. Qarşılaşma iyunun 28-də baş tutacaq.