Cəlilabadda yanğın olub


Digərləri 26 İyn 2019 23:47:42 202 0

Cəlilabadda yanğın olub

Cəlilabadda yanğın qeydə alınıb

Bakı. Cəlilabadda yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunda ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 8 ton ot bağlamasının 3 tonu, bitişik ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin dam örtüyü 10 m² sahədə yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.