Dərini ağardır, nəmləndirir, təmizləyir


Digərləri 26 İyn 2019 23:05:00 252 0

Dərini ağardır, nəmləndirir, təmizləyir

Pomidor qida rasionumuzda yer alan ən faydalı tərəvəzlərdən biridir. Amma o həm də gözəlliyiniz üçün əhəmiyyətli bir qaynaqdır. Son.az lent.az-a istinadən bildirir ki, son zamanlar dəri üzərində yoxlanan vasitələrdən biri də pomidor maskasıdır.

Həmçinin maska halına gətirmədən dəriyə sürtmək də inanılmaz yaxşı nəticə verir.

Pomidorun tərkibində dəri üçün çox faydalı minerallar var. Tərkibində olan bol miqdarda C və E vitamini dəriyə fayda verir.

Qışda quruyan dərini nəmləndirir

Pomidor quru dərini nəmləndirir, yağlı dərinin nəm səviyyəsini saxlayır və hamar bir dəriyə sahib olmağı təmin edir.

Günəş ləkələrini aparır

Pomidor günəşin ultrabənövşəyi şüalarından qorumağa, dəridə yaranan günəş ləkələrini aparmağa kömək olur.

Sızanaqları yox edir

Pomidorun tərkibində salisilik turşusu var. Bu turşu dəridə olan sızanaqların yox olmasına kömək edir.