Vaqif Əsədov: “Saatda 90la olan yolu, 100lə gedə bilərsiz”


Digərləri 26 İyn 2019 18:12:00 202 0

Vaqif Əsədov: “Saatda 90la olan yolu, 100lə gedə bilərsiz”

Yol hərəkəti haqqında qanunun tələbinə əsasən avtomobillərin hərəkət sürətinin tənzimləndiyi ərazidə qoyulmuş yol nişanlarının tələblərini saatda 10 kilometrə qədər pozulması inzibati məhsuliyət yaradırmı?

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov "unikal.org"a açıqlamasında bildirib ki, yol hərəkəti haqqında qanunun tələbinə əsasən avtomobillərin hərəkət sürətinin tənzimləndiyi ərazidə qoyulmuş yol nişanlarının tələbləri pozulursa, (yəni sürət həddi aşılırsa) inzibati xəta tərkibi yaradır:

"Bu günki qanunvericiliyin tələbinə əsasən sürət həddi 11 kilometr və daha yüksək olduğu halda inzibati məhsuliyət yaradır.

Yəni, sürücü 90 kilometr/saat sürət həddi ilə hərəkət etməli olduğu ərazidə saatda 101 kilometr gedirsə (11 kilometr ) o artıq rada düşür və cərimə olunur.

Əgər sürücü 90 kilometr/saat sürət həddi ilə hərəkət etməli olduğu ərazidə saatda 100 kilometr gedirsə radara düşmür.