Konqres Trampı hədəf aldı


Dünya 26 İyn 2019 13:04:00 229 0

Konqres Trampı hədəf aldı

ABŞ Konqresinin hüquq komitəsinin baş demokratı Dayenn Faynstayn prezident Donald Trampın İrana qarşı sərt sanksiyalar tətbiq etməsini qınayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, senatorun fikrincə, bu sanksiyalar münaqişənin diplomatik yollarla həllinə mane olur. Qarşılıqlı təhqirlər tənzimlənməni əlçatmaz edir. O həmçinin, bildirib ki, Tramp administrasiyası "eskalasiya dövrü"nü qurtarmalıdır. Faynstaynın sözlərinə görə, ABŞ ilkin şərtlər olmadan İranla dialoqa girməlidir.

Konqresin daha iki senatoru - demokrat Ro Hanna və respublikaçı Mett Qets isə Trampın İrana hərbi əməliyyatlara başlamasının qarşısını almaq üçün hərbi büdcəyə düzəlişlər edilməsini təklif ediblər. Bu düzəlişlər həmin əməliyyatların maliyyələşdirilməsinə imkan verməməlidir.