“Filinta”nın aktyoru ikinci dəfə evləndi


Digərləri 26 İyn 2019 09:59:00 341 0

“Filinta”nın aktyoru ikinci dəfə evləndi

"Filinta" serialı ilə tanınan türkiyəli aktyor Kayra Şenocak ikinci dəfə evlənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, sevib-seçdiyi Ayşe Karadavutla ailə həyatı qurub. Nikah mərasimi Ankarada baş tutub.

Cütlüyün nikah şahidləri Hüseyin Bayındır, Hüseyin Taşkıran, Simgen Baykara və Gözde Gündür olub.

Qeyd edək ki, K. Şenocak 1998-2001-ci illərdə Verda Şenocakla ailəli olub. Onun bu evlilikdən Mert adlı oğul övladı var.


Xəbərə aid fotolar