Meksikada güclü fırtına olub: 2 nəfər həlak olub


Dünya 26 İyn 2019 09:00:00 211 0

Meksikada güclü fırtına olub: 2 nəfər həlak olub

Meksikada Tamaulipas ştatının Reynosa şəhərində güclü fırtına qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində ən azı 2 nəfər həlak olub, şəhərin 57 rayonuna ziyan dəyib.

Məlumata əsasən, iki nəfərdən biri suda boğulub, digəri isə avtomobildən çıxarıla bilmədiyi üçün onu su axını aparıb.

Bir anda yağıntıların səviyyəsi orta hesabla 10,5 santimetr təşki edib, küçələri, yaşayış evlərini su basıb, bir neçə xəstəxanaya ziyan dəyib.