35 yaşlı qadını maşın vurub öldürdü


Digərləri 26 İyn 2019 08:06:00 257 0

35 yaşlı qadını maşın vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini Qəribov Orxan İlham oğlu idarə etdiyi "Changan" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 30-35 yaşlı qadını vurub.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.