İsveçrə Gülnara Kərimovaya məxsus 133 milyon dolları Özbəkistana qaytaracaq


Dünya 26 İyn 2019 00:45:00 236 0

İsveçrə Gülnara Kərimovaya məxsus 133 milyon dolları Özbəkistana qaytaracaq

İsveçrə Özbəkistanın birinci Prezidentinin böyük qızı Gülnara Kərimovaya məxsus 133 milyon dolları Özbəkistana qaytaracaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrənin Baş prokurorluğu altı ildən artıq təhqiqat apardıqdan sonra bu qərara gəlib.

G.Kərimovanın Özbəkistana vurduğu zərər 2 milyard dollar həcmindədir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub və bu vəsaitlər mərhələ-mərhələ geri qaytarılır.

Özbək mətbuatının verdiyi məlumata görə, Gülnara Kərimova həbsdə olsa da artıq yaxın adamları və vəkilləri vasitəsi ilə 1,2 milyard dolları Özbəkistana qaytarıb.