Bu kənddə ehsan verilmir Əvəzində yollar abadlaşdırılır, bulaq çəkilir,


Digərləri 25 İyn 2019 23:06:00 192 0

Bu kənddə ehsan verilmir  Əvəzində yollar abadlaşdırılır, bulaq çəkilir,

Şəmkirin 6 min nəfər əhalisi olan dəllər Cəyir kəndində hüzr mərasimlərində ehsan verilmir. Əvəzində kənd üçün xeyriyyə işləri görülür. Yerli sakinlər təşəbbüskarı olduqları bu ənənənindigər kəndlərdə də tətbiq edilməsini istəyirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu kənddə yas yerlərində ehsan verilmir. Əvəzində yollar abadlaşdırılır, bulaq çəkilir, su artezianı qurulur.

Söhbət Şəmkirrayonunun Dəllər Cəyir kəndindən gedir.Kənddə 1 ildir yararsız halda olan bir neçə yol artıq abadlaşdırılıb. Yolu düzəltdrən şəxslər adlarının çəkilməsini istəməyib.Ana yol yarasız olduğundan kənd sakinləri alternativ yollardan istifadə edirdilər..Bu da onlar üçün vaxt itkisinə səbəb olurdu..

Bu kəndin demək olar ki, əksər küçələri indi belə ailələrin sayəsində yararlı hala gətirilib.

Bu kənddə baş sağlığı verməyə gələnlər isəyalnız çay, xurma, halva təqdim edilir.İlahiyyatçılar da kənd sakinlərinin bu addımınımüsbət qarşılayırlar.