Keçəlləşən kişilər üçün çarə


Digərləri 25 İyn 2019 22:04:00 263 0

Keçəlləşən kişilər üçün çarə

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməsi prosesini 46% sürətləndirir.

Son.az saglamolun.az-a istinadən saçların tökülməsinə qarşı qəhvə maskalarının reseptlərini təqdim edir.   

1. Qəhvə + yumurta

1 x.q. üyüdülmüş təbii qəhvənin üzərinə 2 x.q. qaynar su tökün, dəmləyin, soyudun, 1 çalınmış yumurta və 1 x.q. gənəgərçək yağını əlavə edib qarışdırın, saçlara çəkin (saçların köklərinə xüsusi diqqət edin!). Maskanı 30 dəqiqə saxlayın, sonra saçınızı yaxşı yuyun.

2. Qəhvə + soğan

1 x.q. təbii qəhvəni 2 x.q. qaynar su ilə dəmləyin, soyudun, 1 x.q. soğan şirəsi və 1 x.q. ayıpəncəsi yağını əlavə edin, qarışdırın. Maskanı 30 dəqiqə saxlayın.

3. Qəhvə + rozmarin efir yağı