Ruhani: “Ağ Ev ağıldankəmdir”


Dünya 25 İyn 2019 20:54:00 263 0

Ruhani: “Ağ Ev ağıldankəmdir”

İran prezidenti Həsən Ruhani Ağ Evi "ağıldankəm" adlandırıb.

Son.az Modern.az-a istinadən xəbər verir ki, o sanksiyaları ABŞ tərəfinin gücsüzlüyü adlandırıb.

"Ağ Evin hərəkətləri onun ağıldankəm olduğunu göstərir. İranın strateji səbri qorxduğumuz anlamına gəlməməlidir".

Ruhani ABŞ-ın sanksiyalar yolu ilə heç nəyə nail olmayacağını və İranın sona qədər mübarizə aparacağını deyib.