Rus deputatdan NATO rəhbərinə:


Dünya 25 İyn 2019 20:31:00 206 0

Rus deputatdan NATO rəhbərinə:

NATO rəhbəri Yens Stoltenberq məsuliyyətsiz boşboğazdır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dumasının Müdafiə Komitəsinin rəhbəri Vladimir Şamanov deyib.

"Stoltenberq boşboğaz olduğundan onun fikri bizi o qədər də maraqlandırmır. Dövlət başçısının açıq şəkildə ifadə etdiyi kimi Rusiya sərhədləri yaxınlığında quraşdırılan ABŞ cihazlarına qarşı tədbirlər görəcəyik. Biz bunu mütləq edəcəyik, onların nə edəcəyi bizi maraqlandırmır", - deyə V.Şamanov deyib.

Qeyd edək ki, Stoltenberq Rusiyanın Yaxın və Orta Mənzilli raketlər barədə müqaviləyə geri dönməyəcəyi təqdirdə NATO-nun bununla bağlı ciddi tədbirlər görəcəyini vurğulamışdı.