4 ay ərzində 70 binanın istismarına müsbət rəy verilib


Digərləri 25 İyn 2019 17:44:00 65 0

4 ay ərzində 70 binanın istismarına müsbət rəy verilib

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Son.az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində ötən 4 ay ərzində ümumilikdə 167 girişi, 11 872 mənzili olan, 1 128 190 m2 sahəni əhatə edən 70 binaya (kompleksə) dair müsbət rəy verilib. 68-i Bakı şəhəri, 1-i Abşeron rayonu, 1-i isə Gəncə şəhərində yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim edilib.

Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədi ilə cari ilin 23 may və 13 iyun tarixlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə növbəti müşavirələr keçirilib. Müşavirələrdə aidiyyəti üzrə görülmüş işlər barədə məlumat verilib, müayinə nəticəsində aşkar edilmiş çatışmazlıqlar, mövcud problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb, görüləcək tədbirlərə dair müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.

Azərbaycan Monteneqronu iqtisadiyyatın prioritet sahələrinə investisiya qoymağa çağırır like
  • 25 İyn 17:34  
Digərləri Azərbaycan Monteneqronu iqtisadiyyatın prioritet sahələrinə investisiya qoymağa çağırır

Milli iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı

arrow Ətraflı
İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb like
  • 25 İyn 17:34  
Siyasət İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

Prezident İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm-İsmayıllı-Şəki

arrow Ətraflı
Deputat: "Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır" like
  • 25 İyn 17:29  
Siyasət Deputat: "Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır"

Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müs

arrow Ətraflı
İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb like
  • 25 İyn 17:26  
Digərləri İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

Prezident İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Ş

arrow Ətraflı
Sabahdan Bakıda havanın temperaturu enəcək like
  • 25 İyn 17:25  
Digərləri Sabahdan Bakıda havanın temperaturu enəcək

İyunun 26-dan Bakıda və Abşeron yarımadasında havanın temperaturu enəcə

arrow Ətraflı
Pirallahı sakinindən 1 kqdan artıq marixuana götürülüb like
  • 25 İyn 17:24  
Kriminal Pirallahı sakinindən 1 kqdan artıq marixuana götürülüb

Pirallahı rayon sakinindən marixuana götürülüb.

arrow Ətraflı
Deputat: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır like
  • 25 İyn 17:19  
Digərləri Deputat: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır

Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müs

arrow Ətraflı
Rəhim Rəhimlidən Röyaya efir qadağası like
  • 25 İyn 17:19  
Şou-biznes Rəhim Rəhimlidən Röyaya efir qadağası

Əməkdar artist Röya Ayxana efir qadağası qoyulub.

arrow Ətraflı
“Yaşındanbaşından utan, yalandan üzümə gülmə” like
  • 25 İyn 17:09  
Şou-biznes “Yaşındanbaşından utan, yalandan üzümə gülmə”

"İmtahan" serialının qəhrəmanı, tanınmış aktyor Sənan Əllə

arrow Ətraflı