Bakı Şəhər İcra Hakimiyyətindən çimərliklərlə bağlı AÇIQLAMA


Digərləri 25 İyn 2019 17:47:35 201 0

Bakı Şəhər İcra Hakimiyyətindən çimərliklərlə bağlı AÇIQLAMA

Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur

Bakı. 15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.