Bakıda fəhləni cərəyan vuraraq öldürüb


Digərləri 25 İyn 2019 17:14:00 257 0

Bakıda fəhləni cərəyan vuraraq öldürüb

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Alprof" MMC-yə məxsus emalatxanada baş verib. Orada fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rahil Məmmədov elektrik çaydanını şəbəkəyə qoşmaq istəyərkən çaydanın birləşdirici hissəsində olan nasazlıqla əlaqədar onu cərəyan vurub. Fəhlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.