“S400”lər təslim edilsə…”


Dünya 25 İyn 2019 16:34:00 282 0

“S400”lər təslim edilsə…”

ABŞ-ın NATO-dakı nümayəndəsi Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemləri ilə bağlı açıqlama yayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, açıqlamada Türkiyəyə növbəti dəfə xəbərdarlıq edilib:

"Gedişat Rusiyanın "S-400" sistemlərini Türkiyəyə təslim edəcəyini göstərir. "S-400"lər təslim edilsə, Türkiyənin "F-35" proqramındakı ortaqlığının dayandırılması ilə yanaşı, bir sıra nəticələri olacaq".