Gürcüstan parlamentinin yeni sədri seçilib


Dünya 25 İyn 2019 15:51:00 252 0

Gürcüstan parlamentinin yeni sədri seçilib

Gürcüstan parlamentinin yeni sədri müəyyənləşib.

Son.az APA-ya istinadən xəbər verir ki, "Gürcü Arzusu" partiyasından olan millət vəkili Arçil Talakvadze 101 millət vəkilindən 94-nün lehinə səs verməsi ilə parlamentin yeni sədri seçilib. Səsvermədə "Milli Hərəkat" və "Avropalı Gürcüstan" partiyasından olan deputatlar iştirak etməyiblər.