Türkiyədə 80ə yaxın miqrant saxlanıldı


Dünya 25 İyn 2019 15:19:00 185 0

Türkiyədə 80ə yaxın miqrant saxlanıldı

Türkiyənin qərbindəki İzmir vilayətində 79 qeyri-leqal miqrant saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, saxlanılan şəxslər Pakistan, Əfqanıstan, Banqladeş və bir sıra Şimali Afrika ölkələri vətəndaşları olub.

Saxlanılan miqrantlar arasında 14 qadın və 15 uşaq da var. Onların Türkiyədən deportasiya olunacaqları bildirilib.