Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub (FOTO)


Digərləri 25 İyn 2019 14:35:00 199 0

Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub (FOTO)

İki ölkə arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişaf edərək, strateji tərəfdaşlığa çevrildiyi vurğulanıb

Bakı. Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının keçirilməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasdan əvvəl Birgə Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Monteneqro Respublikasının İqtisadiyyat naziri xanım Draqitsa Sekuliç arasında görüş olub. Bakı Biznes Mərkəzində keçirilən görüşdə S.Babayev Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edərək, eyni zamanda, Azərbaycanın xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndiyini vurğulayıb. O, Azərbaycanla Monteneqro arasında bütün sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində görülmüş işləri qeyd edib. Xanım D.Sekuliç iki ölkənin siyasi, iqtisadi, mədəni, humanitar sahələr üzrə əməkdaşlıq müstəvisində həyata keçirilmiş konkret tədbirlərin uğurlu nəticələrini diqqətə çatdırıb.