Baham adaları yaxınlığında yüzdən çox miqrant saxlanılıb


Dünya 25 İyn 2019 14:09:00 270 0

Baham adaları yaxınlığında yüzdən çox miqrant saxlanılıb

Baham Adaları Birliyinin Hərbi Dəniz Qüvvələri arxipelaqın cənub hissəsindəki İnaqua adası yaxınlığında Haitidən 102 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, saxlanılan miqrantları deportasiya gözləyir. Onlar adaya çatdırılıblar.

Qeyd olunur ki, iyunun əvvəlində də Haitidə təxminən 200 qanunsuz miqrant saxlanılıb.