Baş nazir: Monteneqro Azərbaycanı prioritet sahələrə investisiya qoymağa dəvət edir


Digərləri 25 İyn 2019 13:47:26 191 0

Baş nazir: Monteneqro Azərbaycanı prioritet sahələrə investisiya qoymağa dəvət edir

Azərbaycan Monteneqroya birbaşa sərmayələr yatıran əsas xarici investordur.

Bakı. Mətanət Nəsibova - Azərbaycan Monteneqroya birbaşa sərmayələr yatıran əsas xarici investordur. Trend-in məlumatına görə, bunu Monteneqronun baş naziri Duşko Markoviç Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda deyib. Onun sözlərinə görə, Monteneqroda Azərbaycan kapitalı ilə yaradılmış bank uğurlu nəticələr göstərir: “Hazırda Azərbaycan Monteneqroda Portonovi layihəsinə 260 milyon avro investisiya yatırıb. Bundan başqa, ölkələrimiz enerji sahəsində, TAP və IAP kimi qaz kəməri layihələrinin reallaşdırılmasında əməkdaşlıq edir”.