Oman körfəzində tankerlərə hücum pisləndi


Dünya 25 İyn 2019 12:09:00 175 0

Oman körfəzində tankerlərə hücum pisləndi

"BMT Təhlükəsizlik Şurası Oman körfəzində tankerlərə hücumu pisləyib və bunu təhlükəsizliyə təhdid adlandırıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Küveytin BMT yanında daimi nümayəndəsi Mənsur Əl-Otaibi deyib.

M.Əl-Otaibi bildirib: "Təhlükəsizlik Şurasının üzvləri dəniz naviqasiya və enerji üçün ciddi təhlükə kəsb edən neft tankerlərinə hücumu pisləyib".

Daimi nümayəndənin sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri bütün iştirakçı və region ölkələrini maksimum təmkinli olmağa və gərginliyin azaldılması üçün addımlar atmağa çağırıb.