Bu günədək ölkə üzrə 1 900 000 tona yaxın taxıl yığılıb


Digərləri 25 İyn 2019 09:44:00 269 0

Bu günədək ölkə üzrə 1 900 000 tona yaxın taxıl yığılıb

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.

İyunun 24-nə olan operativ məlumata görə, ölkə ərazisində 595 192,25 hektar ərazidə taxıl biçini aparılıb, 299 218,7 hektar ərazidə arpa, 295 973,6 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1 890 393,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.

Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Füzuli, Cəlilabad, Qax, Biləsuvar rayonlarında arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 13284 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8502 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş, Ağcabədi rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Şəki

21626,3

20210

34,3

Sabirabad

9600

9600

37,5

Zərdab

5730

5730

30,6

Yevlax

5082,5

5082,5

29,0

Cəlilabad

4509,1

4500

34,9

Bərdə

2601

2601

38,9

Beyləqan

1765

1760

29,2

Ağsu

16036

15610

31,0

Biləsuvar

14900

14900

30,9

Hacıqabul

11008

9967

30,0

Goranboy

13449

13284

29,0

Qax

2881

2868

26,0

Masallı

 

Xəbərə aid fotolar