Komitə: “Megafun”dakı hadisə hazırda ciddi şəkildə araşdırılır


Digərləri 25 İyn 2019 09:46:00 197 0

Komitə: “Megafun”dakı hadisə hazırda ciddi şəkildə araşdırılır

Helium şarlarının partlaması ilə bağlı baş verən hadisə hazırda aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür.

Bakı. İlhamə İsabalayeva - “Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması ilə bağlı baş verən hadisə hazırda aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür. Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komtəsindən məlumat verilib. Komitədən bildirilib ki, iyunun 22-də “Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfər (3-ü uşaq olmaqla) xəsarət alıb: "Baş verən hadisənin nəticələrindən dolayı təəssüfləndiyimizi bildiririk. Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu, ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik. Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük".