Samuxda 3 otaqlı ev, Tovuzda minik avtomobili yanıb


Digərləri 25 İyn 2019 08:58:00 266 0

Samuxda 3 otaqlı ev, Tovuzda minik avtomobili yanıb

Samuxda və Tovuzda yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Samux rayonunun Lək kəndində ümumi sahəsi 88 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tovuz rayonunun Aşağı Mülkülü kəndində "VAZ" markalı minik avtomobilinin ön hissəsi, salonu və 0,5 ha biçilmiş taxıl sahəsi yanıb. Avtomobilin və əkin sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.