“Əşyalar interneti” qurğularının sayı 41,6 milyard təşkil edəcək


Digərləri 25 İyn 2019 08:11:00 232 0

“Əşyalar interneti” qurğularının sayı 41,6 milyard təşkil edəcək

İnternetə qoşulmuş qurğuların sayı çox sürətlə artır. "IDC" tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2025-ci ildə dünyada internetə qoşulmuş təxminən 41,6 milyard "Əşyalar interneti" qurğusu qeydə alınacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, eyni zamanda bu qurğular tərəfindən generasiya edilən məlumatların həcmi artır. "IDC" analitik şirkəti hesab edir ki, 2018-dən 2025-ci ilədək ümumi "IoT"-trafikin həcmi orta hesabla 28,7% artacaq. Yuxarıda göstərilən dövrün sonunda "Əşyalar interneti" qurğuları 79,4 zettabayt həcmində məlumat (zettabayt - 1 milyard terrabayt) generasiya edəcək.

Trafikin əsas hissəsi müşahidə kameraları vasitəsilə çəkilmiş video məlumatların payına düşəcək.