Kaliforniyada atışma baş verib, ölənlər var


Dünya 25 İyn 2019 08:13:00 196 0

Kaliforniyada atışma baş verib, ölənlər var

ABŞ-ın San-Xose şəhərində yaşayış evində atışma baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində 5 nəfər həlak olub, onların arasında cinayətkar da olub.

Bildirilir ki, hadisə yerinə gələn polis əməkdaşları evdə 2 yaralı və 3 meyit aşkar ediblər. Yaralılar xəstəxanaya çatdırılıb. Onlar da xəstəxanada ölüblər.