Apple Googleni əzib keçdi


Digərləri 25 İyn 2019 08:15:00 197 0

Apple Googleni əzib keçdi

Android əməliyyat sistemi smartfon bazarında 85?zar payına malik olmasına baxmayaraq App Storenin Play Storedən daha üstün mövqeyə sahib olduğunu söyləyə bilərik.

Son.az chip.az-a istinadən bildirir ki, data araşdırma aparan Sensor Towerin son hesabatına görə, App Store-un ən yaxşı 100 proqramı 2019-cu ilin birinci rübündə Appleyə 83,8 milyon dollar gəlir gətirdi. Bu Play Storenin 51 milyon dollar gəlirindən daha yüksəkdir. Aradakı fərq çox ciddi olsa da ötən ilki g fərqinin iki bal azaldığını qeyd etmək lazımdır.

Başqa bir maraqlı məqam odur ki, 2014-cü ildən 2019-a qədər müddətə nəzər salsaq görərik ki, hər iki tətbiq mağazasının illik artım tempi demək olar ki, eynidır. Bundan əlavə, App Storenin 1.3 illik artım sürəti Googlenin Play Storesinin 1.2-lik artım sürətini ötüb keçib.