Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək


Digərləri 24 İyn 2019 22:04:00 376 0

Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək

İyunun 30-da dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək.

Son.az bildirir ki, Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 30 iyun 2019-cu il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=79 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.