Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu


Digərləri 24 İyn 2019 20:14:00 265 0

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu

Moskvadakı "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun aktivlərinə Monteneqroda həbs qoyulub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, T.İsmayılov uzun illər öncə BM-Bankda (VTB-yə 100 faiz məxsus olan keçmiş "Bank Moskva") iri məbləğdə kreditlər alıb və geri qaytarmayıb.

Podqoritsa (Monteneqro) şəhərinin ümumi məhkəməsi VTB-nin hüquqşünaslarının ərizəsini təmin edərək, "Montenegro Management Group d.o.o." (MMG) şirkətində Ə.İsmayılova məxsus səhmlərin 100 faizinə həbs qoyulması haqqında qərar qəbul edib.

Bundan başqa, "Casino Avala Budva d.o.o" şirkətində MMG-yə məxsus səhmlərin 50 faizinə təminedici tədbirlər tətbiq edib. "Casino Avala Budva d.o.o" Budva şəhərində eyniadlı kazionun balans saxlayıcısıdır. Həmçinin, daha bir şirkətin - "Sanata d.o.o."nun 20 faiz səhminə həbs qoyulub. Ə.İsmayılov həmin şirkətin baş direktoru və şərikidir.

Monteneqroda oyun biznesi ilə məşğul olan Ə.İsmayılovun problemləri atasına görə yaranıb. "BM-Bank" 2012-2014-cü illərdə T.İsmayılovun şirkətlərinə - "Ruslayn 2000" MMC və "Tropicano Finance B.V" (Niderland) - 230 milyon dollardan artıq məbləğdə üç kredit verib.