Zelenski daha 3 qubernatoru işdən qovdu


Dünya 24 İyn 2019 19:14:00 257 0

Zelenski daha 3 qubernatoru işdən qovdu

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün daha 3 vilayətin administrasiya rəhbərinin işdən azad edilməsi barədə sərəncam verib.

Son.az Trend-ə istinadən bildirir ki, işdən azad edilənlər Jitomir, Rovenski və Çerkaski vlayətinin qubernatorlarıdır.

Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti 15 vilayətin qubernatorunu işdən azad etmişdi.

İyunun 11-də işdən azad edilənlər arasında Çerniqov, Poltava, Odessa, Nikalayev, Lvov, Kirvoqrad, Kiyev, İvanovo-Frankov, Zaporojye, Qakarpatye və daha bir neçə vilayət qubernatorları olub.