AMEAnın magistraturasına qəbul olan bakalavrların nəzərinə!


Digərləri 24 İyn 2019 19:09:00 231 0

AMEAnın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;

- Şəxsiyyət vəsiqəsinin surəti - 2 nüsxə;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti - 2 nüsxə;

- 3x4 ölçüdə rəngli fotoşəkil - 4 ədəd;

- Ödənişli əsaslarla qəbul olunanlar üçün - təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti - 2 nüsxə;