Gürcüstan hökuməti müxalifətin tələbini qəbul etdi


Dünya 24 İyn 2019 18:19:00 182 0

Gürcüstan hökuməti müxalifətin tələbini qəbul etdi

2020-ci ildə Gürcüstanda proporsional sistem üzrə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasının sədri Bidzina İvanişvili açıqlayıb.

"Gürcü arzusu - demokratik Gürcüstan" geniş miqyaslı siyasi islahatlara başlayır. 2020-ci il parlament seçkiləri proporsional sistemdə keçirilməlidir", - deyə siyasətçi bildirib.

Bununla da, hökumət iyunun 20-dən ölkədə etiraz aksiyaları keçirən müxalifətin üç tələbindən birini qəbul edib.