"Pişiyin əli ətə çatmayanda deyir iylənib"


Şou-biznes 24 İyn 2019 16:14:00 488 0

"Pişiyin əli ətə çatmayanda deyir iylənib"

Günel Zeynalovanın "5/5"də Talıb Tale barədə "O, kimdir? Tanımıram" ifadələrinə, qarşı tərəfdən növbəti cavab Talıbın prodüseri Nicat İsmayıloğlundan gəlib.

Son.az xəbər verir ki, prodüserin dedikləri Talıbın cavabından sərt alınıb.

Nicat Günelin Talıb vasitəsi ilə gündəmdə qalmaq istədiyini iddia edib:

"Talıbı çox adam efirdən tənqid edir - "Tanımırıq". Bu yaxında da efirlərin birində dedilər tanımırıq. Sadəcə mən belə bir şey deyəcəm ki, "Pişiyin əli ətə çatmayanda deyir iylənib". Yaxşı, Talıbı tanımırlarsa, 20 milyon bir mahnıya baxırsa, bir ildə Bakı şəhərində 4 böyük konsert verirsə və bütün konsertləri anşlaq olursa, necə tanınmaya bilər?! Bütün media, hər kəs o konsertlərdən danışır. Onlar sadəcə Talıbla gündəmə gəlmək istəyirlər. Çünkü bu gün Talıb var. Talıbı tanımayan insanlar solo konsertini göstərsin ki, mən bu qədər kütləni yığdım. Yoxdur, ortada heç bir şey yoxdur. 

Damla, Şəbnəm, Üzeyir - hamısı dostlarımızdır. Sadəcə, mən belə düşünürəm ki, Talıbla gündəmə gəlmək istəyirlər. Talıb qalmaqaldan uzaq olan bir adamdır. Talıbı bəyənməyən insanlara belə bir sual vermək istəyirəm ki, Talıb qədər onların da sevənləri varmı? Ola bilər kimsə 30 günün 20 gününü toy oxusun, amma necə toy oxuyur?! Zəng edirlər, Rusiya, İsrail, İsveç, Almaniya, Amerika. Onların heç birini biz ortaya çıxartmırıq ki, Talıb buralarda el məclislərində, konsertlərdə olur. Keçən il İsrailin üç şəhərində konserti oldu. Yaxşı, Talıbı azərbaycanlı, öz xalqının nümayəndəsi tanımırsa, yad millət necə tanıyıb öz ölkələrinə dəvət edir bəs? Və getdiyimiz o məclislərdə bizi bəyənməyən insanları görmürük".