Tehran ABŞın pilotsuz aparatlarını vurmağa hazırdır


Dünya 24 İyn 2019 15:19:00 240 0

Tehran ABŞın pilotsuz aparatlarını vurmağa hazırdır

"ABŞ İranın hava məkanının pozulacağı təqdirdə Tehranın sərt cavab vermək qabiliyyətində olduğunu bilir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib.

O bildirib ki, ABŞ özünün ən ağıllı və ən təkmil patrul təyyarəsini qadağan olunmuş zonaya göndərib:

"Hamı gördü ki, bu pilotsuz aparat dayandırıldı və bəyan edirik ki, biz bunu dəfələrlə təkrar edə bilərik".