Gecə saatlarında Biləcəridə yolu keçən piyadanı maşın vurub öldürdü


Digərləri 24 İyn 2019 14:42:00 201 0

Gecə saatlarında Biləcəridə yolu keçən piyadanı maşın vurub öldürdü

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 24-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Cəlilabad rayon sakini F.Abbasov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.