Mehdiabad yolunda baş verən qəzada 3 nəfər yaralandı


Digərləri 24 İyn 2019 13:49:00 210 0

Mehdiabad yolunda baş verən qəzada 3 nəfər yaralandı

Abşeron rayonu, Mehdiabad yolu, "Gənclər şəhərciyi"ndə baş verən avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 34 yaşlı Elvin Əliyev sol diz oynağından travma alıb. 62 yaşlı Təhmasib Allahverdiyevə alt dodağın kəsilmiş yarası, 27 yaşlı İdris Kərimova isə qapalı kəllə-beyin və gözün travması diaqnozu qoyulub.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.