İranda 3 min "Peugeot 301" istehsal olunacaq


Digərləri 24 İyn 2019 13:22:00 227 0

İranda 3 min "Peugeot 301" istehsal olunacaq

Bu ilin sonuna kimi İranda 3 min ədəd "Peugeot 301" markalı avtomobil istehsal olunacaq.

Bakı. Elnur Bağışov - Bu ilin sonuna kimi İranda 3 min ədəd "Peugeot 301" markalı avtomobil istehsal olunacaq. Trend-in məlumatına görə, bunu İran Avtomobil Hissələri İstehsalçıları Assosiasiyasının katibi Maziar Beyglu deyib. M.Beyglunun sözlərinə görə, hazırda qeyd olunan avtomobilin yedək hissələrinin çərçivələri hazırlanmaqdadır. Katib əlavə edib ki, bu avtomobilin istehsalında yedək hissələri istehsalçılarının əsas problemi elektron detallardır. Yedək hissələri istehsalçılarının ən böyük problemini İranın Mərkəzi Bankı tərəfindən vəd olunan 844 milyon dollarlıq vəsaitin ödənməməsi adlandıran assosiasiya katibi deyib ki, bu məsələ "Peugeot 301" markalı avtomobilin istehsalında da ciddi problemlər yaradıb.