Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda baş tutmayan müsahibələr barədə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb


Digərləri 24 İyn 2019 11:59:00 57 0

Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda baş tutmayan müsahibələr barədə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

Çox təəssüf ki, dövlət qulluğuna qəbul üçün sənəd verən namizədlərlə cəmi 7996 müsahibə keçirilib, 6506 müsahibə isə namizədlərin bu işə məsuliyyətsiz yanaşmasına görə baş tutmayıb.

Bakı. İlhamə İsabalayeva – Çox təəssüf ki, dövlət qulluğuna qəbul üçün sənəd verən namizədlərlə cəmi 7996 müsahibə keçirilib, 6506 müsahibə isə namizədlərin bu işə məsuliyyətsiz yanaşmasına görə baş tutmayıb. Onlar qeydiyyatdan keçsələr də, müsahibələrə gəlməyiblər, halbuki bu müsahibələrin təşkilinə kifayət qədər insan, vaxt və maddi resurs sərf olunur. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, dövlət qulluğuna qəbul üçün test imtahanları inzibati vəzifələrin iki növü – inzibati rəhbər (idarəetmə) və inzibati icraçı vəzifələrin aid olduğu beş vəzifə qrupu üzrə keçirilir. İmtahanlar ayda bir dəfədən az olmayaraq təşkil olunur. DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə 2017-ci ilin noyabr ayından start verildiyini xatırladan M.Abbaszadə qeyd edib ki, bu müddət ərzində dövlət qulluğuna qəbul üzrə 19, o cümlədən 2017-ci ildə 2, 2018-ci il ərzində 12, cari ilin beş ayı ərzində isə 5 test imtahanı keçirilib. Test imtahanlarında iştirak üçün 16241 namizəd qeydiyyatdan keçib, onlardan 16 019 nəfər imtahanlarda iştirak edib. Keçirilən test imtahanlarında 5644 namizəd, o cümlədən inzibati rəhbər vəzifələr üzrə 191, inzibati icraçı vəzifələr üzrə 5453 namizəd uğur qazanıb. Test imtahanlarında uğur qazanan şəxslərə DİM tərəfindən test imtahanından keçmək haqqında müvafiq vəzifə qruplarına uyğun sertifikatlar verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. M.Abbaszadə əlavə edib ki, DİM-in fəaliyyəti dövründə keçirilən müsabiqə üzrə müsahibələrdə 1991 uğurlu müsahibə qeydə alınıb, 1056 nəfər dövlət orqanlarında müxtəlif inzibati vəzifələrə təyin olunub. Daxili müsahibələr üzrə qeydə alınmış 874 uğurlu müsahibənin nəticəsində 754 nəfər, ümumi müsahibələr üzrə qeydə alınmış 558 uğurlu müsahibənin nəticəsi olaraq 389 nəfər dövlət qulluğunda işlə təmin olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır like
  • 24 İyn 11:52  
Digərləri Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır

ABŞ İranın hava məkanının pozulacağı təqdirdə Tehranın sərt cavab ve

arrow Ətraflı
"Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm" - Romero like
  • 24 İyn 11:50  
İdman "Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm" - Romero

“Qarabağ” kimi kluba gəldiyim üçün çox sev

arrow Ətraflı
Avropada cinsi əlaqə festivalına insan axını BAŞLADI like
  • 24 İyn 11:44  
Dünya Avropada cinsi əlaqə festivalına insan axını BAŞLADI

Avropanın ən böyük cinsi əlaqə festivalı "Swingfields"ə maraq

arrow Ətraflı
BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək like
  • 24 İyn 11:44  
Digərləri BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı professor Əm

arrow Ətraflı
Təmas xəttində növbəti monitorinq keçiriləcək like
  • 24 İyn 11:39  
Digərləri Təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğ

arrow Ətraflı
Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini artırıb like
  • 24 İyn 11:35  
Digərləri Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini artırıb

Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin y

arrow Ətraflı
Dilarə qızının toyunda Röya ilə barışdı like
  • 24 İyn 11:34  
Şou-biznes Dilarə qızının toyunda Röya ilə barışdı

Əməkdar artistlər Dilarə Əliyeva və Röya Ayxan arasında davam edən küs

arrow Ətraflı
Rahidənin qısa ətəkdə paylaşımı maraq doğurdu like
  • 24 İyn 11:29  
Şou-biznes Rahidənin qısa ətəkdə paylaşımı maraq doğurdu

Müğənni Rahidə Baxışın yeni paylaşımı maraq doğurub.

arrow Ətraflı
Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ like
  • 24 İyn 11:27  
Digərləri Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ

Təhsil Nazirliyi təhsil işçiləri, ziyalılar, valideynlər və bütün dig

arrow Ətraflı
YouthSpeak Forum 2019 uğurla başa çatdı like
  • 24 İyn 11:22  
Digərləri YouthSpeak Forum 2019 uğurla başa çatdı

AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı önəmli tədbirlərindən

arrow Ətraflı
Bakıda toydan sonra BƏYLƏ GƏLİN EVİ ARASINDA DAVA like
  • 24 İyn 11:21  
Digərləri Bakıda toydan sonra BƏYLƏ GƏLİN EVİ ARASINDA DAVA

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən restoranlardan birində baş

arrow Ətraflı
Birinci vitse-prezident Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb (FOTO) like
  • 24 İyn 11:20  
Digərləri Birinci vitse-prezident Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb (FOTO)

İyunun 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban

arrow Ətraflı