Məktəbin tibb bacısı şagirdi cinsi əlaqəyə məcbur etdi


Digərləri 24 İyn 2019 11:19:00 327 0

Məktəbin tibb bacısı şagirdi cinsi əlaqəyə məcbur etdi

ABŞ-ın Ohayo ştatında qalmaqal baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, məktəblərdə tibb bacısı işləyən bir qadın ötən ilin yay ayında oteldə bir şagirdi cinsi əlaqəyə məcbur etdiyini etiraf edib.

ABŞ mətbuatının xəbərinə əsasən, 48 yaşlı Delena Klever iki məktəbin tibb bacısıdır. Klever "Deerfield Township" otelində yetkinlik yaşına çatmayan oğlanı cinsi əlaqəyə məcbur edib. Sonra isə ona spirtli içki və narkotik maddə verib. 

Məlum olub ki, şagird əvvəlcə buna etiraz edib. Məhkəmənin hökmü ilə tibb bacısı 60 gün müddətinə azadlıqdan məhrum edilib.