Ukraynada An2 təyyarəsi qəza enişi edib, yaralılar var


Dünya 23 İyn 2019 23:02:00 202 0

Ukraynada An2 təyyarəsi qəza enişi edib, yaralılar var

Ukraynanın Poltava vilayətində yüngül mühərrikli təyyarə qəza enişi edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Lenta.ru saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, qəza enişi edən təyyarədə daha sonra yanğın başlayıb.

Bildirilir ki, hadisə 23 iyun bazar günü yerli vaxtla təxminən saat 10: 00-da Loxvitskiy rayonunun Mlynı kəndi yaxınlığında baş verib.